Lavrov: “Türkiyədə seçkilərin ədalətli, şəffaf və xarici müdaxiləsiz keçəcəyinə əminəm”backend

Lavrov: “Türkiyədə seçkilərin ədalətli, şəffaf və xarici müdaxiləsiz keçəcəyinə əminəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Türkiyədə mayın 14-də keçiriləcək seçkilərin ədalətli olacağına və üçüncü ölkələrin müdaxiləsi olmadan keçəcəyinə əmindir.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin Moskvada keçirilən dördtərəfli görüşünün əvvəlində Lavrov türkiyəli həmkarlarına uğurlar arzu edib: “Türk həmkarlarıma ümumi seçkiləri uğurla keçirmələrini arzulayıram. Bildiyim qədəriylə seçkilər artıq xaricdə başlayıb. Əminəm ki, proses ədalətli, şəffaf, heç bir kənar müdaxilə olmadan keçiriləcək Əminəm ki, bu, türk xalqına öz iradəsini ifadə etmək imkanı verəcək”.

Türkiyənin Rusiya üçün yaxşı qonşu və mühüm tərəfdaş olduğunu vurğulayan Lavrov, “Biz Ankaranın son illərdə beynəlxalq və regional nüfuzunun nə qədər artdığını görürük və Türkiyə ilə ikitərəfli əməkdaşlığımızı daha da genişləndirmək və gücləndirmək niyyətindəyik”,-deyə bildirib.

//Gülnarə Abasova, Editor.az