Lavrov Türkiyəyə gedir, Qarabağ da müzakirə olunacaqbackend

Lavrov Türkiyəyə gedir, Qarabağ da müzakirə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 6-7 aprel tarixlərində Türkiyəyə səfər edəcək.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

“İkitərəfli məsələlərin, o cümlədən, ticarət və energetika məsələlərinin, həmçinin, Qarabağdakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir”, – o deyib.

Zaxarovanın sözlərinə görə, regional və beynəlxalq gündəlikdə duran aktual məsələlər, habelə, Suriya, Ukrayna, Mərkəzi Asiya və Əfqanıstandakı mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılacaq.

“Görüşlər zamanı geniş spektrli problemlərin, öncə qarşılıqlı maraq kəsb edən sahələrdə, o cümlədən, ticarət, energetika və turizm üzrə ikitərəfli qarşılıqlı fəaliyyətin vəziyyətinin və perspektivlərinin müzakirə olunacağı planlaşdırılır”, – o deyib.