Lavrov: “Ukrayna ABŞ-ın tələbi ilə danışıqların ikinci raundu üçün Rusiya ilə görüşü təxirə salır”backend

Lavrov: “Ukrayna ABŞ-ın tələbi ilə danışıqların ikinci raundu üçün Rusiya ilə görüşü təxirə salır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcəyini bəyan edib.

Editor.az rus mətbuatına istinadən xəbər verir ki, Lavrov bəyan edib ki, Ukrayna ABŞ-ın tələbi ilə Rusiya ilə görüşü təxirə salıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya qarşı hərbi əməliyyatdan sonra baş verənləri dəyərləndirib.

Lavrov qeyd edib ki, Qərb Rusiyanın yeni Avropa təhlükəsizlik arxitekturasının yaradılması ilə bağlı tələblərini yerinə yetirməkdən imtina etdi.

XİN rəhbəri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların miqyasına toxunub:

“Rusiya sanksiyalara hazır idi, lakin idmançıların, jurnalistlərin və mədəniyyət sənayesi nümayəndələrinin hədəf alınacağını gözləmirdi. Bizim çoxlu dostlarımız var, bizi təcrid etmək üçün heç bir yol yoxdur”.

Rusiyalı nazir həmçinin bəyan edib ki, Ukraynada yaradılacaq hökumətlər ölkədəki bütün etnik qrupları təmsil etməlidir. Lavrov Krımın Rusiyanın bir hissəsi olduğunu və bu məsələnin müzakirəyə açıq olmadığını vurğulayıb.

//Gülnarə Abasova, Editor.az