Lavrov Ukrayna üzrə mümkün danışıqların formatı barədə müzakirələrin nə zaman baş tuta biləcəyini bildiribbackend

Lavrov Ukrayna üzrə mümkün danışıqların formatı barədə müzakirələrin nə zaman baş tuta biləcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb ölkələri hazırda Ukraynada həll yolu ilə bağlı danışıqları müzakirə etməyə hazır deyil və Ukrayna prezidenti Vladimir Zelenskinin “formula”sına uyğun işləmək çağırışları artıq ciddi qəbul edilmir.

Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib. “Bütün vəziyyət aydınlaşdıqdan sonra, yəqin ki, mümkün danışıqlar formatı haqqında danışmaq mümkün olacaq. Qərbdə artıq heç kim buna hazır deyil”,- o bildirib.

Eyni zamanda, Lavrov vurğulayıb ki, Çin tərəfinin Ukraynadakı münaqişənin həlli təşəbbüsü hazırda vəziyyətin həlli üçün ən ağlabatan və aydın plandır.

//Gülnarə Abasova, Editor.az