Lavrov və Çavuşoğlu arasında görüş olub – YENİLƏNİB + FOTO/VİDEObackend

Lavrov və Çavuşoğlu arasında görüş olub – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olub.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu gün Antalya şəhərində baş tutacaq Türkiyə-Ukrayna-Rusiya XİN rəhbərlərinin görüşü çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı Dmitro Kuleba ilə ikitərəfli görüş keçirib.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün şəxsi “Facebook” hesabında məlumat verib.

 

 

Rusiya-Ukrayna müharibəsi davam edərkən Türkiyə kritik görüşə ev sahibliyi edəcək.

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Diplomatiya Forumu çərçivəsində Antalyada görüşəcəklər.

Bu, hər iki ölkənin XİN rəhbərlərinin müharibə başlayandan bəri ilk görüşü olacaq.

Görüşdən sonra Kuleba mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə üçtərəfli formatda sülh danışıqları Türkiyə vaxtı ilə saat 11.00-da (Bakı vaxtı ilə saat 12.00) keçiriləcək.

Rusiya və Ukrayna nümayəndə heyətləri bu iclasdan kənar görüşməyəcək və ayrı-ayrı hotellərdə qalacaqlar.

Oxu.az