Lavrov və Kulebanın Türkiyədə görüşü planlaşdırılırbackend

Lavrov və Kulebanın Türkiyədə görüşü planlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın görüşü planlaşdırılır.

Editor.az  APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Dəqiq tarix demək mümkün olmasa da , 1-2 həftə içində Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşü olacaq”, – nazir qeyd edib.

Çavuşoğlu vurğulayıb ki, XİN başçılarının görüşü İstanbulda baş tuta bilər.