Lavrov və Zelenskinin iştirakı ilə BMT TŞ-də Ukrayna görüşü keçiriləcəkbackend

Lavrov və Zelenskinin iştirakı ilə BMT TŞ-də Ukrayna görüşü keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukrayna prezidenti Vladimir Zelenski və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Ukrayna üzrə iclas keçiriləcək.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının iclası açıq sessiya formatında keçiriləcək. Bu o deməkdir ki, iclasda BMT TŞ-nin 15 üzvü ilə yanaşı, digər ölkələrin nümayəndələri də iştirak edə bilər. ABŞ adından görüşdə prezident Co Bayden iştirak edə bilər.

Qeyd edək ki, Zelenski Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının zalına şəxsən gələcək. Ukrayna lideri bundan əvvəl bütün görüşlərdə videokonfrans vasitəsilə iştirak edib.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik Sputnik-ə bildirib ki, bugünkü görüş üçün xüsusi təhlükəsizlik tədbirləri görülməyib. Düjarrik qeyd edib ki, onlar aktiv diplomatik müzakirələrdən başqa heç nə gözləmirlər. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Sputnik-ə açıqlamasında bildirib ki, Qərbin təşəbbüsü ilə keçirilən bütün əvvəlki görüşlərdə olduğu kimi, Zelenskinin tələbi ilə keçiriləcək görüş də heç bir nəticə verməyəcək.

//Gülnarə Abasova, Editor.az