Yaxın Şərq böyük regional müharibənin astanasındadır və Rusiya bunun qarşısını almağa çalışır.
Editor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O vurğulayıb ki, İsrail və Fələstin münaqişəsi həll olunmadan regionda sabitliyə nail olmaq mümkün deyil.
ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında atəşkəs razılaşmasının tamamlanmaq üzrə olduğunu və bütün şərtlərin 90 faizinin razılaşdırıldığını bildirib.
Netanyahu daha əvvəl HƏMAS-ın atəşkəslə bağlı bütün təklifləri rədd etdiyini bildirmişdi.
//Gülnarə Abasova, Editor.az