Lavrov: “Yaxın Şərqdəki problemlərə görə ABŞ məsuliyyət daşıyır”backend

Lavrov: “Yaxın Şərqdəki problemlərə görə ABŞ məsuliyyət daşıyır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki problemlərin ABŞ-ın BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinə məhəl qoymamasından qaynaqlandığını bildirib.

Editor.az xəbər verir ki, rusiyalı nazir bu barəde Moskvada İraqın xarici işlər naziri Fuad Hüseynlə görüşündə İsrail və Fələstin arasında yenidən alovlanan münaqişələrlə bağlı açıqlamasında deyib.

Lavrov Qəzza zolağı ətrafında silahlı münaqişələrə dərhal son qoymaq səyləri ilə paralel olaraq BMT Təhlükəsizlik Şurasının qətnaməsində nəzərdə tutulan bu əsas vəzifəni yerinə yetirmək üçün çalışmaqda davam edəcəklərini vurğulayıb. Bundan əlavə, İsrail və Fələstində çoxlu sayda mülki itkiyə toxunan Lavrov onların mülki əhaliyə qarşı zorakılığı və beynəlxalq insan hüququnun pozulmasını qəbuledilməz hesab etdiklərini vurğulayıb.

Lavrov bu gün səhər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan məqaləsində bildirib ki, dünyanın əksəriyyəti heç kimin diktəsi altında yaşamaq istəmir və çoxqütblü arxitektura çərçivəsində bərabər şəraitdə yaşamaq istəyir.

//Gülnarə Abasova, Editor.az