Lavrovdan BMT-yə çağırış: “Bizi aldadıblar”backend

Lavrovdan BMT-yə çağırış: “Bizi aldadıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara dəniz taxıl təşəbbüsü ilə bağlı yalan danışıldığını iddia edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

O, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Rusiyanın Qara dəniz taxıl təşəbbüsünə yenidən qoşulmaq istəyinin olub-olmaması ilə bağlı verdiyi açıqlamaya da münasibət bildirib.

“Bizi aldatdılar. Baş katib ya bunu deməyə məcbur edildi, ya da yanıldı. Onlar (Qərb) bilavasitə Rusiya gübrəsinin və taxılının ixracını asanlaşdırmaq üçün investisiyaların yumşaldılacağını bildiriblər”,- deyə Lavrov bildirib.

Lavrov siyahıdakı bəndlərin heç birinin yerinə yetirilmədiyini iddia edib.

//Safura Bənnayeva, Editor.az