Lavrovdan Buça hadisələrinə REAKSİYAbackend

Lavrovdan Buça hadisələrinə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada BMT baş katibinin humanitar yardım üzrə koordinatoru Martin Qriffitslə görüşüb. Editor.az-ın İHA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı Lavrov Buçadakı hadisələri təkzib edib. Sergey Lavrov yayılan görüntüləri təxribat kimi şərh edib.

“Keçən gün Rusiya hərbçilərinin razılaşmalara uyğun olaraq oradan ayrılmasından sonra ora saxta hücum tərtib edilib. Buçada olan saxta hücumun uydurma görüntüləri sosial şəbəkələrdə Qərb və Ukrayna tərəfindən yayıldı. Qərb Ukraynadakı humanitar vəziyyətlə bağlı spekulyasiya etməyə çalışır. Rusiya Federasiyası bu təşəbbüsü sülh və sabitliyə mane olmaq məqsədilə yaradılan təxribat kimi qiymətləndirir”, -Lavrov deyib

Görüş zamanı qeyd olunub ki, Rusiya tərəfi İngiltərədən BMT Təhlükəsizlik Şurasının sədrliyi kimi üzərinə düşən vəzifələri yerinə yetirməyi və Buçadakı vəziyyətlə bağlı görüş keçirməyi xahiş edəcək.

//Nəzərbəy Hacıağayev, Editor.az