Lavrovdan KRİTİK AÇIQLAMA: “Qərb Ukraynaya qadağan edib ki…”backend

Lavrovdan KRİTİK AÇIQLAMA: “Qərb Ukraynaya qadağan edib ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərb martın 29-da İstanbulda keçirilən Rusiya-Ukrayna görüşündən bir gün sonra Kiyevə Moskva ilə danışıqları davam etdirməyi qadağan etdi”. 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya teleradiosuna müsahibəsində deyib.

“Bu, danışıqların perspektivinin olub-olmaması sualına cavabdır. Qərb Ukraynaya danışıqlar aparmağa imkan vermir. Ukrayna sanki iki ay əvvəl bu məsələnin həlli ilə bağlı təklif irəli sürmüşdü. Biz bu təklifləri əsas götürmüşük. Beləliklə, bir gün sonra Qərb ukraynalılara bu prosesi davam etdirməyi qadağan etdi”, – Rusiya XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, bundan sonra Ukrayna tərəfinin mövqeyi xeyli dəyişib.

Publika.az