Lavrovdan Üçüncü Dünya Müharibəsi XƏBƏRDARLIĞI: “Təhlükə qapıdadır”backend

Lavrovdan Üçüncü Dünya Müharibəsi XƏBƏRDARLIĞI: “Təhlükə qapıdadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nüvə müharibəsinə qeyri-ciddi yanaşmaq olmaz. Üçüncü Dünya müharibəsi təhlükəsi qapıdadır. Qərbin Ukraynaya verdiyi dəstək böyük qarşıdurmaların olacağının göstəricisidir. Qərb tərəfindən verilən silahlar Ukraynada xüsusi əməliyyat keçirən Rusiya qoşunları tərəfindən hədəf olacaq”.

Editor.az rus mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Rusiya XİN rəhbəri Zelenski ilə aparılacaq danışıqlara da toxunub.

“Zelenski müzakirə aparmır. O, danışıqları imitasiyası edir. O, sadəcə yaxşı aktyordur”,- deyə nazir bildirib.

Xatırladaq ki, dünən Rusiyanın Vaşiqtondakı səfiri Anatoli Antonov ABŞ tərəfinə rəsmi etiraz notası təqdim edib. Notada ABŞ-ın Kiyevə silah tədarük edilməsinin dərhal dayandırılması tələb olunub.

Qeyd edək ki, müharibənin ilk günlərindən Rusiya Prezidenti Vladimir Putin Rusiyanın nüvə silahlarının döyüş vəziyyətinə gətirilməsi əmrini verib. Bu əmrin NATO-nun aqressiv açıqlamalarından sonra verildiyi bildirilir.

//Nəzərbəy, Editor.az