Lavrovun Çin səfəri: Nələr MÜZAKİRƏ EDİLDİ?- Açıqlandıbackend

Lavrovun Çin səfəri: Nələr MÜZAKİRƏ EDİLDİ?- Açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tunsidə Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

Editor.az rus mətbuatına istinadən xəbər verir ki, Lavrov Ukraynada keçirilən xüsusi əməliyyat və Kiyevlə danışıqlar barədə məlumat verib.

O, ikitərəfli xarici siyasətdə gərgin və qeyri-sabit şəraitdə inkişaf etməkdə davam edən ikitərəfli münasibətləri müsbət qiymətləndirib, dövlət başçıları arasında əldə olunmuş razılaşmaların reallaşması kontekstində münasibətlərin gündəliyində duran məsələlərdən danışıb.

Tərəflər Ukrayna böhranı ilə bağlı fikirlərini ətraflı şəkildə bölüşüblər. Lavrov Vanq Yi Rusiyanın xüsusi hərbi əməliyyatı və Ukrayna nümayəndə heyəti ilə danışıqların gedişi barədə məlumat verib. Nazirlər birtərəfli və qeyri-qanuni sanksiyaların zərərli olduğunu diqqət çəkiblər.

Əfqanıstan, Mərkəzi Asiya, İranın Nüvə Proqramı və Koreya yarımadasındakı vəziyyətin də müzakirə edildiyi görüşdə Lavrov ABŞ-ın Ukraynadakı hərbi-bioloji fəaliyyətinə diqqət çəkib. Nazirlər çətin beynəlxalq vəziyyət şəraitində Rusiya və Çinin strateji əməkdaşlığı gücləndirdiklərini və beynəlxalq məsələlərdə ortaq mövqe tutmaqda davam edəcəklərini qeyd ediblər. Tərəflər xarici siyasətdə koordinasiyanı və ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı artırmaq barədə razılığa gəliblər.

//Gülnarə Abasova, Editor.az