Lavrovun Serbiya səfəri ləğv edilibbackend

Lavrovun Serbiya səfəri ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Serbiyaya səfəri ləğv olunub. Editor.az xarici KİV- ə istinadən xəbər verir ki, səfərin ləğv olunmasında səbəb Monteneqro, Şimali Makedoniya və Bolqarıstanın Lavrovun təyyarəsinə keçidə icazə verməməsidir.

Məsələ ilə əlaqədar olaraq Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın Belqraddakı səfiri Aleksandr Botan- Xarçenko ilə görüşəcək. Prezident gün ərzində səfərlə bağlı xalqa müraciət edəcək.

//Nəzərbəy Hacıağayev, Editor.az