Le Monde: Ukraynadakı müharibədə iştirak edən 10 Fransa vətəndaşı həlak olubbackend

Le Monde: Ukraynadakı müharibədə iştirak edən 10 Fransa vətəndaşı həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibədə döyüşən 70 Fransa vətəndaşından 10-nu həyatını itirib.

Editor.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

Fransanın “Le Monde” qəzeti Ukrayna ordusu sıralarında döyüşmüş üç nəfərdən müsahibə alıb. Pierre kimi tanınan muzdlu hərbçi əcnəbilərin yalnız üçdə birinin Ukraynaya gəlməmişdən əvvəl hərbi təlim keçdiyini bildirib və onların bir çoxunun “macəra və adrenalin” axtarışında münaqişələrə qatıldığını qeyd edib.

Digər tərəfdən Le Monde Ukraynanın başladığı iddia edilən yaz hücumu üçün son aylarda daha az muzdlu əsgərin Ukraynaya getdiyini bildirərək, ölkələrinə qayıdanların bəzilərinin qanuni proseslərə məruz qaldığını xatırladıb. Bir çox Avropa ölkələrindən başqa ölkələrdə müharibəyə gedənlərə qarşı cəza tədbirləri tətbiq edilir. Bu ay Fransada iki nəfər ölkəyə qayıtdıqdan sonra ifrat sağçı fəaliyyətlə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb.

//Gülnarə Abasova, Editor.az