Fransada keçirilən prezident seçkilərində ikinci turda uduzan ifrat sağçı “Milli Cəbhə Partiyası”nın lideri Marin Le Pen seçkilərin nəticələrindən sonra açıqlama verib.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, məğlubiyyəti etiraf edən Le Pen qazandığı səslərin onlar üçün böyük bir qələbə bərabər olduğunu ifadə edib.
“Ölkənin üzərinə böyük bir azadlıq küləyi əsə bilərdi. Lakin seçkilər bunun əksini təyin etdi. Bu gecənin nəticəsi özlüyündə böyük bir qələbədir. Emmanuel Makronun siyasətinə qarşı biz hər zaman mübarizə aparacağıq”,- Le Pen deyib.
//Gülnarə Abasova, Editor.az

