Le Penin həbsinə ABŞ-dan reaksiyabackend

Le Penin həbsinə ABŞ-dan reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Fransanın ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Penin dövlət vəzifəsinə namizədliyini irəli sürməməsi ilə bağlı məhkəmənin qərarını “çox vacib məsələ” adlandırıb.

Editor.az bildirir ki, Bu barədə “Politico” yazır. “Mən hər şeyi bilirəm və bir çox insan onun heç vaxt mühakimə olunmayacağını düşünürdü. Ona beş il müddətinə siyasi proseslərdə iştirak qadağan edilib, halbuki əsas namizəd idi”, – deyə Tramp Le Penin qarşıdan gələn Fransa prezident seçkilərində ehtimalla iştirak edəcəyinə işarə edib.

Nəşr xatırladıb ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Tammi Bryus demişdi ki, insanlar siyasətdən kənarlaşdırılanda “narahatlıq” yaradır. “ABŞ-da prezident Trampa qarşı aqressiv və korrupsiyaya uğramış qanunvericilik tətbiq edildiyini nəzərə alsaq, insanların siyasi proseslərdən kənarda qalması xüsusilə narahatlıq doğurur”, – deyə Bryus Le Penin işi ilə bağlı birbaşa şərh verməkdən imtina edib.

//Samir Qurbanov, Editor.az