Leandro Lo kimdir? Braziliyalı Ciu- Citsu əfsanəsi niyə öldü?backend

Leandro Lo kimdir? Braziliyalı Ciu- Citsu əfsanəsi niyə öldü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyalı Ciu Citsu əfsanəsi Leandro Lo dünən gecə saatlarında dünyasını dəyişib. Həkimlər 33 yaşlı idmançının beyin ölümü olduğunu açıqlayıblar.

Çox gənc yaşda dünyasını dəyişən idmançı üçün tez-tez Leandro Lo niyə öldüyü sualı verilir.

11 may 1989-cu ildə anadan olan braziliyalı Leandro Lo Ciu- Citsu üzrə 8 qat çempiondur. O, həm də Dünya Kubokunun qalibi olub. O, 2011-ci ildən 2013-cü ilə qədər Copa Podio-da məğlubiyyətsizlik seriyasına malikdir. O, 2022-ci ildə Kaliforniyada keçirilən Dünya Çempionatında qızıl medal qazanıb.

Braziliyalı Leandro Lo San-Pauluda gecə klubunda başından güllələnib. 33 yaşlı idmançı vəzifədən kənarda qalan polis əməkdaşı tərəfindən başından güllə yarası alıb. Polis əməkdaşı Henrique Velozo nəzarətə götürülüb. Dostları ilə konsert üçün Clube Siria gecə klubuna gedən ikili arasında hadisə şahidləri mübahisə edib və Velozo Lonu şüşə butulka ilə vurmaqla hədələyiblər.

//Gülnarə Abasova, Editor.az