Ləğv olunmuş bankın baş ofisi hərraca çıxarıldı – İlkin qiymət 29 milyon manat…backend

Ləğv olunmuş bankın baş ofisi hərraca çıxarıldı – İlkin qiymət 29 milyon manat…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası ləğv olunmuş “Bank Standard”ın əsas binası hərraca çıxarılıb. Şəhərin mərkəzində yerləşən 9 241,5 kv. metr sahəli binanın ilkin satış qiyməti 29 mln. manat olacaq. Yəni əmlakın 1 kv. metrin qiyməti 3180 manat qiymətləndirilib.

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov bildirib ki, binanın 5 il saxlanma və mühafizəsinə kreditorlara çatası xeyli vəsaiti xərclənib. Ekspert hesab edir ki, bu qədər müddət gözləmək doğru deyildi. O, binanın real bazar qiymətindən aşağı dəyərləndirildiyini də vurğulayıb.

Xatırladaq ki, 2016-cı ilin sentyabrın 30-da ləğv olunmuş bankda əmanətlərin həcmi 520 milyon manat təşkil edib, onun 460 milyon manatı sığortalı əmanətlər idi. Əmanətlərin Sığortalanması Fondu tərəfindən həyata keçirilənən vəsaitlərin qaytarılması prosesi hələ də davam edir. Bankın əsas binasının hərrac yolu ilə satışı da bu məqsədə xidmət edir, əldə olunan vəsaitin bir hissəsi əmanətçilərə ödəniləcək.

Xatırladaq ki, Palata ”Bank Standard”ın bağlanmasını pis idarəçilik nəticəsində yaranmış problemlərlə əlaqələndirib. “Bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi son dövrlər onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olmuş, bankın likvidlik və kapital mövqeyi zəifləmiş, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranmışdı”,- qurumun yaydığı bəyanatda bildirilmişdi.

AzPolitika.info