Lənkəranda 42 min manatı mənimsəyən ŞƏXS SAXLANILDIbackend

Lənkəranda 42 min manatı mənimsəyən ŞƏXS SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda dələduzluq edən şəxs saxlanılıb.

Editor.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini olan 2 nəfərə qarşı dələduzluq edən 31 yaşlı Emin Babazadə saxlanılıb.

O, zərərçəkənlərə qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildirib. Həmin şəxslərə yüksək məbləğlər verəcəyi barədə yalan vədlər verməklə zərərçəkənlərin ümumilikdə 42 min manatını ələ keçirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, E.Babazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.