Lənkəranda 5 gün əvvəl itkin düşmüş taksi sürücüsünün meyiti tapılıbbackend

Lənkəranda 5 gün əvvəl itkin düşmüş taksi sürücüsünün meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda itkin düşmüş taksi sürücüsünün meyiti tapılıb.

 

Lənkəran şəhər sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun meyiti rayonun Sütəmurdov kəndində yerləşən həyətyanı sahələrdən birində tapılıb. Mərhumun meyiti basdırıldığı yerdən çıxarılaraq müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertizası Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov 5 gün əvvəl şəxsi avtomobili ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları bununla bağlı Lənkəran Rayon Polis Şöbəsinə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində bir nəfərin saxlanıldığı bildirilir.

Digər bir məlumata görə, mərhumun “VAZ 2115” markalı avtomobili isə paytaxt ərazisində tapılıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

 

APA