Lənkəranda avtomobil və 20 ton siqaret yanıbbackend

Lənkəranda avtomobil və 20 ton siqaret yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran şəhərində yanğın olub.

Editor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, “Renault” markalı yük avtomobilinin yanar hissələri və banında karton qutulara yığılan 20 ton tütün məmulatı (siqaret) yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.