Lənkəranda doğulan Rusiyanın Əməkdar artisti vəfat etdibackend

Lənkəranda doğulan Rusiyanın Əməkdar artisti vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Əməkdar artisti Gennadi Mitrofanov 81 yaşında vəfat edib.

Editor.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Karlar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, G.Mitrofanov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, sənətçi 1940-cı ildə Lənkəran rayonunun Liman şəhərində doğulub. O, 2 yaşında olarkən soyuqdəymə səbəbindən eşitmə qabiliyyətini itirib. Aktyor “Çarli haradadır?”, “Romeo və Cülyetta”, “Albalı bağı” tamaşalarında, “Boris Qodunov”, “Dalğalar üzərində qaçan”, “Alçaqlar” filmlərində oynayıb.