Lənkəranda meyiti tapılan kişinin ÖLÜM SƏBƏBİ məlum oldubackend

Lənkəranda meyiti tapılan kişinin ÖLÜM SƏBƏBİ məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonunda dərədə meyiti tapılan 55 yaşlı kişinin ölüm səbəbi məlum olub.

Oxu.Az-ın məlumatına görə, rayonun Horavenc kənd sakini, 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynov iyunun 4-də axşam saatlarında heyvanlarını gətirmək üçün kəndin kənarındakı dağlıq əraziyə gedib. Axşam heyvanlar gəlsə də, İ.Hüseynov evinə qayıtmayıb. Kənd sakinləri və İ.Hüseynovun ailə üzvləri onun axtarışlarına başlayıblar. Axtarışlar zamanı gecə saatlarında onun meyiti qayalıq ərazidəki dərədə aşkarlanıb və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri meyiti dərədən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məlum olub ki, İ.Hüseynov qaranlıqda dağlıq ərazidə qayalıqla hərəkət edərkən yıxılıb. Ağır baş və bədən xəsarətləri alan 55 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.

Samir Əli

Lənkəran rayonunda ötən gündən itkin düşən kişinin meyiti dərədə tapılıb.

Oxu.Az xəbər verir ki, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədən tapılıb. Hazırda meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi araşdırılır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.