Lənkəranda ovçularla polis arasında qarşıdurma olub – DİN-dən AÇIQLAMAbackend

Lənkəranda ovçularla polis arasında qarşıdurma olub – DİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranın Nərimanabad qəsəbəsində ovçularla polis arasında toqquşma olduğu iddia edilib.

Belə ki, Masallının Təzəkənd kəndindən olan ovçular qanunsuz balıq və quş ovlamaq istəyiblər. Bu zaman polis onlara mane olub, daha sonra ovçularla polis arasında dava düşüb, nəticədə polisə xəsarət yetirilib.

Qanunsuz ov etmənin qarşısını almaq üçün Qızılağac Milli Parkının əməkdaşları və polislər orada gücləndirilmiş iş rejiminə keçiblər.

Əlavə mobil postlar quraşdırılıb, reydlər aparılır.

Eyni zamanda, milli parkın ərazisi ilə həmsərhəd olan hissəyə su bəndi yaradılıb ki, ovçular qanunsuz şəkildə ora daxil ola bilməsinlər.

Qeyd edək ki, Masallıdan olan ovçular Nərimanabaddan keçməklə dənizə ova gedirlər

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, kapitan Məhəmməd Rzayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, tərəflər arasında münaqişə nəticəsində xəsarət olması ilə bağlı iddialar əsassızdır:

“Qızılağac Milli Parkında qanunsuz ovçuluqla bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən ərazidə ovçuluqla bağlı müəyyən olunan qayda və tələblər diqqətə çatdırılmaqla izahat işi aparılıb. Hazırda park inzibatçılarından daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir”.