Lənkəranlı fanatlar “Neftçi”ni belə yad etdi -VİDEObackend

Lənkəranlı fanatlar “Neftçi”ni belə yad etdi -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Region Liqasının pley-off mərhələsinin yarımfinal görüşündə “Xan Lənkəran” “Araz-Naxçıvan”la qarşılaşıb.

“ASK Arena”da keçirilən oyunda hər zaman olduğu kimi Lənkəranlı fanatlar komandalarını yenə tək qoymayıblar.

Matçın gedişində 1 dəqiqə olsun susmayan tərəfdarlar ilk hissənin sonuna yaxın əzəli rəqib “Neftçi”ni də yad etməyi unutmayıblar.

Belə ki, azarkeş qrupu “Ayağa durmayan “Neftçi”li olsun” şuarını səsləndirməyə başlayıb. B

unun ardınca təxminən 3000 mindən çox azarkeş bir nəfər kimi ayağa qalxıb. Davamında “Lənkəran”, “Lənkəran” şuarları arenanı bürüyüb.

SPORTİNFO.AZ