Lentsov Bakıya hansı mesajları verdi?- ŞƏRHbackend

Lentsov Bakıya hansı mesajları verdi?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sülhməramlı kontingentin rəhbəri general-polkovnik Aleksandr Lentsov Laçın yolunda Həkəri çayının üzərində nəzarət-buraxılış məntəqəsi yaradıldıqdan sonra vəzifəyə təyin edilib. Belə ki, Qarabağda yeni reallıqlar yaranıb”.

Bu fikirləri Editor.az-a hərbi ekspert Elxan Şıxəliyev mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsov arasında keçirilən görüşü şərh edərkən bildirib.

O bildirib ki, Lentsov Ermənistanın hökumət nümayəndələri və separatçılarla keçirdiyi görüşdə Bakı səfərindən sonra vəziyyətin necə olacağı ilə əlaqədar məlumat verəcəyini qeyd etmişdi:

“Mayın 4-də Bakıda keçirilən görüşdə də onun məqsədləri var. Çalışacaq ki, ermənilərin istəkləri üzərinə nəzarət-buraxılış məntəqəsində bərabər nəzarətin həyata keçirilməsini təmin etsin. Digər tərəfdən isə məqsəd odur ki, Volkovun dövründən Rusiya sülhməramlıların maliyyə qaynaqlarının vəsaiti hesabına həyata keçirilən daşımalara Azərbaycan sərhədçiləri güzəşt etsinlər. Onlar fa bu daşımalardan faydalana bilsinlər. Təbii ki, bu görüş yalnız ermənilərin istəklərini dinləmək üzərində qurulmayıb. Azərbaycan da qarşı tərəfə müəyyən mesajlar verir. Birincisi, onlar mövcud reallıqlarla barışmalıdırlar. İkincisi, on min nəfər əlisilahlı qeyri-qanuni birləşmə bölgədən çıxarılmalıdır. Əks təqdirdə Azərbaycanın sərt təzyiqi və gücü ilə qarşılaşarlar. Xüsusən Lentsovdan tələb olunacaq ki, təmas vəziyyətində qeyri-qanuni birləşmələr təxribat törətməsinlər. Yəni, vəziyyətlə barışsınlar. Bu günə qədərki Azərbaycanın tələblərinə uyğunlaşmağı bacarmalıdırlar. Bu görüşdə rəsmi Bakının istəklərinin qarşı tərəfə çatdırılması gözlənilir. Ermənistan və separatçı qüvvələr də bilməlidir ki, onların istəkləri üzrə regionda heçnə dəyişməyəcək. Ərazilərimizdə yaşayan digər etnik azlıqlar kimi ermənilər də inteqrasiyaya razı olub torpaqlarımızda məskunlaşa bilərlər. Əks halda başqa ölkələrə üz tuta da bilərlər”.

//Safura Bənnayeva, Editor.az