Lentsovun Qarabağ səfərinin məqsədi nədir?-ŞƏRHbackend

Lentsovun Qarabağ səfərinin məqsədi nədir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlı qüvvələrinin komandanlığı 1 ildən bir dəyişir. Bu dəyişikliklər Rusiyanın bütün coğrafiyalarda ordu sistemində tətbiq etdiyi bir anlayışdır. Bu da onu göstərir ki, rəsmi Moskva komandanlığın daimi xidmətinə etibar etmir. Narazılıqlar fonunda bu dəyişikliklər sürətli şəkildə həyata keçirilir”.

Bu fikirləri Editor.az-a politoloq Tural İsmayılov Rusiya müdafiə nazirinin müşaviri, 66 yaşlı general-polkovnik Aleksandr Lentsovun (Rusiya sülhməramlı kontingentinin yeni komandanı) Qarabağda olması və danışıqlar zamanı Rusiya tərəfinin azərbaycanlıların nəzarət-buraxılış məntəqəsini yığışdırmasına və yalnız rentgen skanerlərinin quraşdırılmasına nail olmağa çalışacaqları ilə bağlı erməni mediasının yaydığı xəbəri şərh edərkən bildirib.

Onun sözlərinə görə, yeni sülhməramlı kontingenti komandanının kim olması rəsmi Bakını maraqlandırmır:

“Çünki Rusiyanın özünün vahid dövlət siyasəti və yanaşması var. Biz də sülhməramlılara vahid mövqedən yanaşırıq. Hansısa şəxslərin necə fəaliyyət göstərməsini əsla mübahisə etmirik. Erməni mətbuatında yayılan iddiaların reallığı da suallar doğurur. Çünki rus sülhməramlılarından və ya Rusiya Müdafiə Nazirliyindən Azərbaycanın nəzarət-buraxılış məntəqələrinin yığışdırılması və yalnız skanerlərin quraşdırılması ilə bağlı hansısa çağırışlara şahid deyilik”.

Politoloq Rusiyanın skanerlərin yerləşdirilməsində də maraqlı olmadığı qənaətindədir:

“Bu, onun ənənəvi təxribatçı siyasətinin davamı kimi xarakterizə edilməlidir. Rusiyadan ilkin verilən açıqlamada da görünür ki, sərhəd-buraxılış məntəqəsini öz fəaliyyətlərinə maneə hesab edirlər. Çünki bu günə qədər Ermənistandan Xankəndiyə daşınan silahlar sülhməramlıların gözü qarşısında reallaşıb. İstənilən halda, Azərbaycanın iradəsi ortadadır. Öz ərazilərində sərhəd-buraxılış məntəqəsi quraşdırdığı üçün heç kimə cavab vermək məcburiyyətində deyil”.

//Safura Bənnayeva, Editor.az