Leonid İliç Brejnevi Kiyevin “fəxri vətəndaşı” statusundan məhrum etdilərbackend

Leonid İliç Brejnevi Kiyevin “fəxri vətəndaşı” statusundan məhrum etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Kiyev Şəhər Şurasının deputatları Sov.İKP MK-nın baş katibi Leonid Brejnevi Kiyevin fəxri vətəndaşı adından məhrum ediblər.

Qərarı Kiyev deputatları səs çoxluğu ilə təsdiqləyiblər. “Kiyev Şəhər Şurası Sov.İKP və Ukrayna Kommunist Partiyasının məsul və yüksək vəzifələrində seçilmiş və çalışmış sovet funksionerlərinin Kiyevin fəxri vətəndaşı adından məhrum edilməsi barədə qərar qəbul edib”.

Editor.az bildirir ki, bunu Şuranın katibi Vladimir Bondarenko iclas zamanı deyib. Onun sözlərinə görə, Leonid Brejnevin Ukrayna paytaxtının fəxri vətəndaşı adından məhrum edilməsi barədə qərar ölkədə aparılan “dekommunizasiya” və “derussiya” siyasəti çərçivəsində qəbul edilib. Bondarenkonun sözlərinə görə, qəbul edilmiş qərar təkcə Leonid Brejnevə deyil, bir sıra digər şəxslərə də aiddir. Onların arasında Sovet Ordusu və Hərbi Dəniz Donanmasının Baş Siyasi İdarəsinin rəisi, ordu generalı Aleksey Epişev, Sovet İttifaqı marşalı Kirill Moskalenko, Sovet Ordusu general-mayoru Aleksey Fedorov, Sovet İttifaqı Nazirlər Şurasının sədri Aleksey Fedorov, Ukraynanın keçmiş Baş naziri Vitali Masol da var.

Bundan başqa, vyetnamlı inqilabçı, Vyetnam Kommunist Partiyasının baş katibi Danq Xuan Khu da (Thuong Tinh) Kiyevin fəxri vətəndaşı adından məhrum edilib. Kiyev Şəhər Şurası həmçinin vəd edib ki, “sovet dövrü və sovet ideologiyası ilə bağlı olan simalar”ın fəxri mükafat və adlarından məhrum edilməsi praktikası yaxın gələcəkdə də davam edəcək. Xatırladaq ki, Ukraynada 2015-ci ildə “dekommunizasiya haqqında qanun” qəbul edilib.

O vaxtdan indiyədək 900-dən çox qəsəbə və 50 min küçənin adı dəyişdirilib. Rusiyanın Ukraynaya hərbi təcavüzünün başlanmasından sonra Kiyevdə təkcə kommunist keçmişi ilə deyil, bütövlükdə Rusiya ilə bağlı adlardan imtina etmək barədə də qərarlar qəbul edilir. Bu ilin aprelində məlum olub ki, 2022-ci ildə “dekommunizasiya haqqında qanun” çərçivəsində Ukrayna hakimiyyəti Rusiya və ya Sovet İttifaqına aid 145 abidəni söküb.

  //Samir Qurbanov,Editor.az