Leonid Kuçma Rusiya-Ukrayna münasibətlərini “Habillə Qabilin hekayəsi”nə bənzətdi: Rusiya Qabildir!backend

Leonid Kuçma Rusiya-Ukrayna münasibətlərini “Habillə Qabilin hekayəsi”nə bənzətdi: Rusiya Qabildir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukrayna qardaş xalqlardır, lakin indi düşmən olublar və buna görə şəxsən prezident Vladimir Putin günahkardır.

Editor.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində deyib. O, İki ölkə arasındakı münasibətləri təsvir edərkən “Bibliya”dakı Qabil və Habil hekayəsini misal çəkib: “Müqəddəs Kitab yer üzündəki iki ilk qardaşın – Qabil və Habilin hekayəsindən bəhs edir. Qabil Habili öldürüb.

Ukraynanın artıq qardaşı yoxdur. Rusiya Qabildir” –deyən Kuçma əlavə edib ki, “qardaş düşmən olarsa, bu, xəyanətdən də pisdir”. Ukraynanın eks-prezidenti hesab edir ki, Putin münaqişəni hələ 2014-cü ildə qızışdırmağa başlayıb və beynəlxalq siyasətdə indi Rusiyanın “dostları yoxdur, sadəcə “düşmənləri” və “vassalları” var, – deyib.

//Samir Qurbanov, Editor.az