Lerikdə aramsız yağışlar Ağçay çayı üzərindəki suötürücü boruları dağıdıb – VİDEObackend

Lerikdə aramsız yağışlar Ağçay çayı üzərindəki suötürücü boruları dağıdıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sel Lerik rayonu ərazisində suötürücü borulara ziyan vurub.

APA-nın məlumatına görə, Lerikdə iki gün yağan aramsız yağışlar nəticəsində sel suları Lerik rayonunun Şingədulan ərazisində, Ağçay çayı üzərində salınan suötürücü boruları dağıdıb. Kənd sakinləri borular üzərindən körpü kimi istifadə edirdilər.

Qeyd edək ki, Ağçay çayı üzərində qurulan suötürücünün uzunluğu 3-4 metrdir. Bu çay üzərində körpü tikintisi nəzərdə tutulsa da, müəyyən səbəblərdən təxirə salınıb.