Lerikdə gənclər erkən nikahlar mövzusunda maarifləndirilibbackend

Lerikdə gənclər erkən nikahlar mövzusunda maarifləndirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və “Loqos” Psixologiya mərkəzinin tərəfdaşlığı ilə 7-8 dekabr tarixlərində Lerik rayonunda “Erkən evlilik və şübhəli nikahlara qarşı gənclərin maarifləndirilməsi” layihəsi icra edilib.

Editor.az xəbər verir ki, layihə çərçivəsində 250-dən çox gəncin iştirakı ilə 4 təlim həyata keçirilib.

Layihə çərçivəsində ilk təlim rayonun Heydər Əliyev Mərkəzində baş tutub və təlimdə dinləyici qismində valideynlər də iştirak edib.

İkinci təlim Valeh İbrahimov adına İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada, üçüncü təlim Leytenant Arif Nuriyev adına Lerik rayon 1 Nömrəli texniki fənlər təmayüllü liseyində reallaşdırılıb.

Son təlimdə isə müxtəlif məktəblərdə təhsil alan gənclərlə Lerik rayon Mədəniyyət Mərkəzində görüş baş tutub.

Təlimlər zamanı qeyd olunub ki, gənclər ölkəmizin gələcəyidir. Sağlam düşüncəli və savadlı gənclik isə uğurlu gələcəyin əsas təməlidir. Bildirilib ki, son illər artmaqda olan erkən evliliklər gənclərimizin həyatında mənfi rol oynayır.

Layihənin əsas məqsədi belə halların qarşısını almaq, gənclərimizə təhsilin önəmini aşılamaq və yanlış qərarların onların həyatına necə təsir edəcəyini göstərməkdir.

//Editor.az