“Bayer Münhen” nin ulduz futbolçusu Robert Levandovski bu yay komandanı tərk edə bilər.
Editor.az İngiltərənin “Bild” nəşrinə istinadən xəbər verir ki, Bavariya təmsilçisi futbolçunun meneceri Pini Zahavi ilə görüşəcək.
Alman klubunun əsas hədəflərindən biri də Levandovskinin transferindən pul qazanmaqdır. “Bayer Münhen” Levandovskinin transfer qiymətini 40 milyon avro olaraq təyin edib.
Bundan əlavə Levandovski ilə İspaniyanın “Barselona” və Fransanın PSG klubları da maraqlanır.
Qeyd edək ki, Levandovkski 2014-cü ildə “Borusiyya Dortmund”dan “Bayer Münhen”ə transfer olub.
//Editor.az

