Lewis Hamilton anasının soyadını da götürmək üçün adını dəyişirbackend

Lewis Hamilton anasının soyadını da götürmək üçün adını dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Formula 1-in uğurlu pilotlarından biri olan Lyuis Həmilton anası Karmenin soyadını əlavə etmək üçün adını dəyişəcəyini açıqlayıb.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, yeddi qat dünya çempionu olan məşhur pilot atasının soyadını “Larbalestier” kimi əlavə edəcək. Həmilton soyadını dəyişdirmək əvəzinə anasının soyadını öz soyadına əlavə edəcək:

“Mən öz soyadımla fəxr edirəm. Anamın soyadı Larbalestierdir və mən bunu sadəcə adıma əlavə edəcəm. Onun adının Həmiltonla davam etməsini istəyirəm”.

Həftə sonu başlayacaq yeni mövsümdən əvvəl danışan idmançı qadınların evləndikdən sonra soyadlarını niyə dəyişdiyini anlamadığını bildirib.

//Gülnarə Abasova, Editor.az