Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqıa bağlı paylaşım edib.
Bu barədəd “Twitter“də paylaşım edən XİN sözçüsü Birinci Qarabağ müharibəsindən bəri 4 000 azərbaycanlının itkin düşdüyünü, onların çoxunun işgəncəyə məruz qaldığını və öldürüldüyünü bildirib.
“Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzar – hərbçi olduğu müəyyənləşdirilən 12 nəfərin qalıqları aşkarlanıb. Müharibə cinayətləri ilə bağlı danışanların nəzərinə: Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlı itkin düşüb, onlardan çoxu işgəncəyə məruz qalıb, öldürülüb və kütləvi məzarlarda dəfn edilib”, – Leyla Abdullayeva qeyd edib.