Leysan yağışlar su bəndini dağıtdı, 30-dan çox adam öldübackend

Leysan yağışlar su bəndini dağıtdı, 30-dan çox adam öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanın şərqində, Port Sudan şəhərindən 40 km şimalda yerləşən su bəndi güclü yağışlar nəticəsində partlayıb. Nəticədə ən azı 30 nəfər ölüb, lakin qurbanların sayı daha da arta bilər.

Editor.az bildirir ki, bu barədə “Reuters” BMT-nin məlumatlarına istinadən yazır. Su axını nəticəsində 20-yə yaxın kənd dağılıb. Uçmuş bənd Port Sudan sakinləri üçün əsas şirin su mənbəyidir. 2023-cü ilə olan məlumata görə, şəhərin əhalisi 489 min nəfər olub.

Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, leysan yağışlar və daşqınlar nəticəsində ümumilikdə 132 nəfər həlak olub. 150-200 nəfər itkin düşüb. Yağışlı mövsüm ölkənin on əyalətinə təsir edib. Ən çox təsirlənən ərazilər Şimal əyaləti və Nildir. BMT-nin məlumatına görə, 50 minə yaxın insanın evinə ziyan dəyib.

//Samir Qurbanov, Editor.az