LG də Rusiyanı tərk edirbackend

LG də Rusiyanı tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış LG şirkəti Rusiyanı tərk etmək qərarına gəlib.

Bu barədə Editor.az “Kommersant”a istinadən məlumat verir.
Cənubi Koreyanın tanınmış maşın və elektronika məhsulları istehsalçısı olan şirkətin açıqlamasında deyilir: “Biz hadisələrin inkişafını yaxından izləməyə davam edirik. İnsanların sağlamlığı və təhlükəsizliyi bizi dərindən narahat edir və buna görə LG humanitar yardım səylərini dəstəkləməyə sadiq qalacaq”.

Xatırladaq ki, Ukraynaya qarşı başladılan müharibə fonunda müxtəlif sektorlardan olan bir çox şirkət Rusiyada işləri birdəfəlik və ya müvəqqəti dayandırmaq qərarına gəlib. Onların arasında Samsung, Dell, Apple, Nokia və başqaları kimi dünya şöhrətli elektronika və məişət texnikası istehsalçıları da var.

  Editor.az