“Lider TV” bu tarixdən bağlanır – MTRŞ açıqladıbackend

“Lider TV” bu tarixdən bağlanır – MTRŞ açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Lider TV və Radio-Azərbaycan” MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası “Lider TV və Radio-Azərbaycan” MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və “Lider TV və Radio-Azərbaycan” MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.
Editor.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının mayın 24-də keçirilən iclasında bildirilib.