Liderlər niyə Moskvada yox, Soçidə görüşəcək? – “Çünki Putin buna qədər də…”backend

Liderlər niyə Moskvada yox, Soçidə görüşəcək? – “Çünki Putin buna qədər də…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3-cü üçtərəfli görüş Soçidə baş tutacaq deyə Rusiya mətbuatı xəbər yayıb. Putin görüş yerini niyə Moskvadan uzqlaşdırdı? 

“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə görüşəcəkləri barədə informasiya, görünür, müəyyən qədər reallığı əks etdirir” deyən politoloq Məhəmməd Əsədullazadə görüşün niyə məhz Soçidə keçiriləcəyindən də danışıb.

Bizim.Media-ya açıqlamasında politoloq bildirib ki, buna qədər Rusiya lideri Putin regional məsələləri əsasən Soçidə müzakirə edib.

Belə ki, bundan əvvəl İsrailin baş naziri, Türkiyə prezidenti ilə də Soçi görüşlərini xatırlatmaq olar:

“Bundan əlavə, Soçidə dəfələrlə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin də görüşü olub. Yəni, üçtərəfli görüşün Moskvada yox, Soçidə keçirilməsində başqa ciddi səbəb görmürəm”.

Bu görüşdə əsas müzakirə mövzusu nə olacaq? Bu görüşdən sonra demək olarmı ki, bölgədə müharibə təhlükəsi yığışdırılacaq? Və tərəfləri qane edən Sülh müqaviləsi imzalana bilərmi?

“Görüşdə 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsi, sərhədlərin delimitasiya, demarkasiya prosesi, Zəngəzur dəhlizi, bir də Azərbaycan üçün əsas vacib olan Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrin ləğvi məsələsi masaya yatırılacaq. Düşünürəm ki, delimitasiya və demarkasiya peosesində tərəflər müəyyən qədər razılığa gələ bilərlər. Çünki Rusiya prezidenti də bu məsələdə vasitəçi olduğunu və xəritələrin mövcudluğunu qeyd edib. Amma görüşdə sülh müqaviləsinin imzalanması reallaşmayacaq. Sülh müqaviləsinin imzalanması üçün əvvəlcə yerdə qalan problemlər həll olunmalıdır. Bu səbəbdən, yalnız detallar müzakirə ediləcək və sülhə aparan müəyyən öhdəliklər var ki, onlar yerinə yetirilməlidir”.

Məhəmməd Əsədullazadə Baş nazir müavinlərindən ibarət birgə komissiyanın da sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması istiqamətində çalışdığını yada salıb.

Həmçinin bu çərçivədə müəyyən razılaşma olmasaydı, liderlərin görüşünə ehtiyac yaranmazdı:

“Soçidə sərhədlərin delimitasiyası ilə bağlı müəyyən sənəd imzalana bilər. Lakin sülh müqaviləsinin bağlanması hələ uzaqdadır”.

Loading...