Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/”BRICS+” formatında iclasından öncə liderlərin qeyri-rəsmi görüşü olub.
Editor.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Laos Prezidenti Thonqlun Sisulit, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iştirak ediblər.
İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibət diqqətdən qaçmayıb.