Liderlərin Brüssel GÖRÜŞÜ: “Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır”backend

Liderlərin Brüssel GÖRÜŞÜ: “Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 6-da 4 saatdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlaması və bununla bağlı işçi qrupunun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib.Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmeti danışıqların aparılmasıdır. Sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında mühüm yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi Avropa İttifaqı şurasının Prezidenti Çarı Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması,sülh müqaviləsi,sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması üçün mühüm şərtdir. Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır. Hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır.

İlqar Kərimov