Esenyurtdakı alış-veriş mərkəzində liftdə 12 yaşlı qızının başına şillə ilə vuran Suriya vətəndaşı M.A. saxlanılıb. Liftin şüşəsi şillənin təsiri ilə çatladıqda dəhşətli anlar təhlükəsizlik kameralarına əks olunub
Editor.az xəbər verir ki, qızına şiddət tətbiq edən ata dünən polis nəzarətinə götürülüb.
Liftdəki təhlükəsizlik kamerasına əks olunan görüntülərdə atanın qızına sillə vurduğu, qızın başının şillənin şiddətiylə güzgüyə dəydiyi və aynanın çatladığı görülür. Hadisəylə əlaqədar ata “Qəsdən xəsarət yetirmə” ittihamı ilə həbs edilib və 12 yaşlı qız yaxınlarına təhvil verilib.
Editor.az
Tərcümə: Musviq

