“Likud” Binyamin Netanyahudan HƏMAS-a qarşı döyüşlərin davam etdirilməsini tələb edirbackend

“Likud” Binyamin Netanyahudan HƏMAS-a qarşı döyüşlərin davam etdirilməsini tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail parlamentinin (Knesset) sağçı “Likud” partiyasından olan yeddi üzvü ölkənin baş nazirinə girovların azad edilməsi ilə bağlı “hərtərəfli saziş” bağlamaq tələbi ilə müraciət edib.

Eyni zamanda onlar Qəzzada HƏMAS-a qarşı döyüşlərin davam etdirilməsini tələb ediblər: “Biz Likudda hərbi əməliyyatların dayandırılmasını ehtiva edən razılaşmanı qəbul etməyəcəyik”, – deputatlar qrupundan bildiriblər.

Bir gün əvvəl parlament qrupu baş nazirə məktub göndərərək İsrail ordusundan Rəfah keçid məntəqəsinə nəzarəti davam etdirməyi tələb etmişdi. Mesajda vurğulanırdı ki, fələstinli radikallar sərhəd keçid məntəqələrinə, enerji və yardım mənbələrinə tam nəzarət etmədən məğlub edilə bilməz.

//Samir Qurbanov, Editor.az