Lindsi Qremdən qalmaqallı bəyanat: “İran liderinin yerində olsam, dua edərdimbackend

Lindsi Qremdən qalmaqallı bəyanat: “İran liderinin yerində olsam, dua edərdim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran liderinin yerində olsaydım, indi gedib məsciddə dua edərdim”.

Musavat.com xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrem bildirib.

O, ABŞ-ın Venesuelaya və ölkə lideri Nikolas Maduraya qarşı həyata keçirdiyi əməliyyatı da şərh edib.

Senatorun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, Amerikanın “arxa həyətində” məhv edilməli olan narkotik xilafəti mövcuddur və bu əməliyyat son bir neçə həftə ərzində planlaşdırılıb.

“Venesuelada azadlıq prosesi artıq başlayıb və bu prosesin uğurlu olması Amerikanın maraqlarına uyğundur. Biz insanlara hər şeyi yenidən başlamaqda kömək etməliyik”, – deyə Lindsi Qrem vurğulayıb.