“Linkoln”un futbolçusu: “Qarabağ”la oyunda yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”backend

“Linkoln”un futbolçusu: “Qarabağ”la oyunda yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabahkı oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

“Report”un məlumatına görə, bunu “Linkoln”un futbolçusu Liam Uoker Cəbəllütariqdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə klubun rəsmi “Youtube” kanalına açıqlamasında deyib.

35 yaşlı yarımmüdafiəçi meydanda sonadək mübarizə aparacaqlarını bildirib:

“Matça yaxşı hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yüksəkdir. Nə bacarırıqsa, onu da edəcəyik. Məncə, şanslar bərabərdir. Hər iki komanda qələbə qazanmağa çalışacaq”.

Qeyd edək ki, iyulun 11-də “Viktoriya” stadionunda keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.