Lirənin və rublun dəyər itirməsi GƏRGİNLİYİ ARTIRIR: Manatı nələr gözləyir?backend

Lirənin və rublun dəyər itirməsi GƏRGİNLİYİ ARTIRIR: Manatı nələr gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hal-hazırda dünya bazarında neft qiymətlərinin yüksək olması manatın məzənnəsinin devalvasiyaya uğraması ehtimalını çox aşağı salır. Son 12 aylıq inflyasıyanın 12 faiz olması ilə ilə bərabər manat da ucuzlaşarsa bu, ciddi qiymət artımına və sosial vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Ekspertin sözlərinə görə bu konteksdə neftin qiymətinin yüksək olması 2022-ci ildə manatın devalvasiyaya uğrama ehtimalını azaldır:

” Çünki əvvəlki illərə nisbətən dövlət tərəfindən maliyyə nəzarəti daha da təkmilləşib, pul üzərində nəzarət artıb. Dünya bazarında neftin qiyməti ilə bağlı iqtisadi şərtlər də xeyrimizə olduğuna görə belə qənaətə gəlmək olar. Lakin Rusiyanın müharibə gərginliyi fonunda rublun dəyərinin azalması və daha da azala biləcəyi riski cəmiyyətimizdə çaşqınlıq yaradır. Nəzərə almaq lazımdır ki, qeyri-neft ixracı Rusiya və Türkiyə bazarlarıdır ki, burada lirənin və rublun dəyər itirməsi gərginliyi artırır, təzyiq formalaşdırır. Faktiki olaraq qeyri-neft sektoru üçün bu məsələlər problem yaradır və bizim cəmiyyətə də psixoloji təsir edir. İnsanlar hesab edir ki, manat da ucuzlaşacaq, ona görə təşvişlə dollar almağa can atırlar. Ancaq 2022-ci ildə neft qiymətlərinin yüksək olması, inflyasiyanın yüksək olması çərçivəsində hökumətin devalvasiyaya gedəcəyi ağla batan deyil”.

//Gülnarə Abasova, Editor.az