Lirənin aqibəti acınacaqlı ola bilər: Yeni hökumət böhranın dərinə işləməsinin qarşısını tezliklə ala biləcəkmi?backend

Lirənin aqibəti acınacaqlı ola bilər: Yeni hökumət böhranın dərinə işləməsinin qarşısını tezliklə ala biləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk lirəsinin dəyərsizləşməsi artıq, uzun müddətdir ki, davam edir. Yəni, bu, yeni tendensiya deyil, xeyli əvvəl başlayıb”.

Bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov Editor.az-a açıqlamasında Türkiyə lirəsinin dollara nisbətən yenidən sürətlə dəyər itirməsi məsələsini şərh edərkən deyib.

İqtisadçı Türkiyədəki Prezident seçkilərindən sonra  prosesin bir az daha sürətlənəcəyinin gözlənilən hal olduğuna diqqət çəkib:

“İndi də bunu müşahidə edirik. Ölkədə valyuta ehtiyatları da qeyri-qənaətbəxş səviyyəyə düşüb. Nəzərə alsaq ki, bir müddətdir ölkəyə kapital axını da azalıb, vəziyyəti təsəvvür etmək çətindir. Hazırda hər şey yeni seçilən hökumətin nə kimi siyasət həyata keçirəcəyindən asılıdır. Ölkədə iqtisadi sabitlik bərpa olunmasa, investisiyalar üzrə fəallıq bərpa olunmasa, inflyasiya prosesi səngiməsə lirənin aqibəti acınacaqlı ola bilər. Güman edirəm, yeni hökumət böhranın dərinə işləməsinin qarşısını tezliklə ala biləcək”.

//Gülnarə Abasova, Editor.az