“Aİ “Rusiyanı ehtiva etmək” strategiyasına əməl etməyə davam etməlidir, ona görə də antiRusiya sanksiyalarının 15-ci paketi üzərində işə başlamaq lazımdır”.
Editor.az xəbər verir ki, bu sözləri Litvanın xarici işlər nazirinin müavini Simonas Şatunas Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclası başlamazdan əvvəl deyib.
“Bu gün üçün ilk strategiya Rusiyanı cilovlamaq strategiyasıdır; nəhayət, biz 15-ci sanksiyalar paketi üzərində işə başlamalıyıq”, – o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirmişdi ki, Aİ ölkələri Rusiyaya qarşı 14-cü məhdudiyyət paketini qəbul etdikdən dərhal sonra 15-ci sanksiyalar paketini hazırlamağa başlayacaqlar.
//Gülnarə Abasova, Editor.az

