Litva, Latviya və Polşa prezidentləri Aleksandr Lukaşenko ilə birgə şəkil çəkdirməkdən imtina ediblərbackend

Litva, Latviya və Polşa prezidentləri Aleksandr Lukaşenko ilə birgə şəkil çəkdirməkdən imtina ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva, Latviya və Polşa prezidentləri – Gitanas Nauseda, Edqars Rinkeviçs və Anjey Duda Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP-28) Belarus prezidenti Aleksandr Lukaşenko ilə birgə şəkil çəkdirməkdən imtina ediblər.

Editor.az xəbər verir ki, bu barədə “Delfi” nəşri və BNS agentliyi məlumat yayıb. “Bu, ailə şəkli deyilən bir şəkildir. Lukaşenko bizim aid olmaq istədiyimiz ailənin üzvü deyil”, –Gitanas Nausėdanın mətbuat xidmətindən bildriblər. Mətbuat xidməti həmçinin qeyd edib ki, Litva prezidenti “Rusiyanın Ukraynaya təcavüzü üçün tramplin rolunu oynayan ölkənin rəhbəri ilə çiyin-çiyinə dayanıb, heç nə olmamış kimi gələcək və iqlim dəyişikliyini müzakirə etməyi” ikiüzlülük hesab edir.

Polşa prezidenti ofisinin rəhbəri Qrazyna İqnaçak-Bandiçin sözlərinə görə, Anjey Duda və Edqars Rinkeviçlər də “ailə şəkli”ndən imtina ediblər. “Səbəb Aleksandr Lukaşenkonun iştirakı olub”, – deyə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Xatırladaq ki, COP-28 noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçirilir. Konfransda BMT-yə üzv olan 193 ölkədən 70 minə yaxın nümayəndənin iştirakı gözlənilir. Konfransın gündəliyinə qalıq yanacaqların mərhələli şəkildə ləğvi üzrə tədbirlərin, eləcə də qlobal istiləşmənin qarşısını almaq üçün karbon ticarəti standartlarının müzakirəsi daxildir.

//Samir Qurbanov, Editor.az